#Elm-və-təhsil

Bakıda 282 nömrəli məktəbin müəllimləri koronavirusa yoluxub

Nov 25, 13:49 / Mənbə: Report.az

Bakıda 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında həmin müəllimlər üçün 14 günlük karantin müddəti tətbiq olunub.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.