#Maliyyə

Korporativ və insani dəyərlərimə sadiq qalıram - AccessBank-ın şöbə rəhbəri (FOTO)

Nov 25, 13:11 / Mənbə: Az.trend.az

Bakı. Trend:

AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Bankın Məhkəmə Qərarlarının İcrasının Müşahidəsi Şöbəsinin rəhbəri Elnur Məmmədovdur.

Hərbi işi “işim” adlandırmaq mənə nəsə qəribə gəlir... 2005-2007-ci illərdə hərbi xidmətdə olmuşam, leytenant rütbəsi ilə bitirmişəm. Keçən il hərbi xidmətə qayıtdım və 44 günlük müharibəni baş leytenant kimi başa vurdum.

Mənim üçün, bir çox həmvətənlərim üçün də hərbi iş bir borcdur. Vətənim qarşısında vətəndaşlıq borcum. AccessBank-da korporativ dəyərlərimiz var və onlar başqa şeylərlə yanaşı, ümumbəşəri dəyərlərə əsaslanır. İşdə korporativ dəyərləri rəhbər tutduğumuz kimi, gündəlik həyatda da insani dəyərlərimizə əməl edirik – bunu "daxili kompas"ımız adlandıra bilərik. Keçən payız dəyərlərimə sadiq qalaraq Vətənimi azad etmək üçün yola çıxdım. Mən öz borcumu yerinə yetirdiyimi düşünürəm; korporativ və insani dəyərlərimə sadiq qalaraq, hər an ehtiyacı olanların köməyinə gəlməyə də hazıram.

Müharibədə xoş bir şey yoxdur, bunu heç kimə arzulamazdım. Ancaq bəzən bu, zərurətdir. 44 gün bizim üçün həm ərazi bütövlüyümüzün bərpası, həm də ədalətin zəfəri idi. Sonda biz birlikdə - cəsur hərbçilərimiz və şəhidlərimiz sayəsində ədaləti bərqərar etdik, zəfər çaldıq.

Bəli, ədalətdən danışmaya bilmərəm - çünki gündəlik həyatda bu mənim üçün çox vacibdir. Ədalət uşaqlıqdan tərbiyə aldığım və bankda işimdə ciddi əməl etdiyim amildir.

Ötən payız əmin oldum ki, biz bankda bir ailəyə çevrilmişik. Ailəmizdə yaşadığımız anlar və hissləri biz komanda olaraq də yaşamışıq. Həm evdə, həm də işdə - birlikdə nigaran idik, birlikdə xoşbəxt idik. Belə çıxır ki, təkcə korporativ və insani dəyərlər deyil, həm də hisslər eyniləşir.

Mülki həyata qayıtmaq xoş idi; bütün ölkənin - aqro, inşaat və bank əməkdaşlarının iştirak edəcəyi böyük bir dirçəlişə qədəm qoyduğu aydın idi.

Uzun illərdir ki, mikromaliyyə seqmentində liderlik edən bir bank olaraq, biz də işğaldan azad edilmiş ərazilərdə biznesin canlanmasına yönəlmiş təşəbbüsləri dəstəkləyəcəyik.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.