#ölkə

Ötən gün 219 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Nov 25, 13:26 / Mənbə: News.milli.az

Noyabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 203 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, monitorinq 197 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 219 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.