#şou-biznes

Məşhur cütlükdən evlilik açıqlaması

Nov 25, 13:08 / Mənbə: News.milli.az

"Masumlar Apartmanı" serialında Han rolunu ifa edən Birkan Sokullu ötən gecə sevgilisi Eda Gürkaynak ilə görüntülənib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Arnavutköydə məkanların birindən çıxarkən cütlük evlilik planları ilə bağlı sualları cavablayıb.

Bu dəfə Eda Birkanı qabaqlayaraq mövzu ilə bağlı açıqlama verib.

"Çox xoşbəxtik. Evlənməyə tələsmirik. Ailəm Birkanı çox sevir. Tez-tez bir araya gəlirik" - deyə, o, qeyd edib.

Birakan isə Eda ilə evlənməyə hazır olduğunu bildirib:

"Eda ilə enerjimiz çox uyğundur. Ailəsi ilə də çox yaxşı münasibətim var. Evliliklə bağlı hər hansı neqativ yanaşmam yoxdur. Bir gün Eda ilə evlənməyi qərara alsaq, bunu həyata keçirməkdən qaçmarıq".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.