#Cəmiyyət

“AY.4.2” virusu əvvəlki variantlardan nə ilə fərqlənir?

Oct 22, 04:29 / Mənbə: Oxu.az

Koronavirusun “Delta” ştammının alt növü olan “AY.4.2” virusu daha yüksək yoluxma qabiliyyəti ilə xarakterizə olunur.

Belə ki, bir daşıyıcı eyni anda doqquz insanı yoluxdura bilər. Mütəxəssislər deyirlər ki, yeni alt növlər simptomları daha sürətli göstərir.

Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş sərbəst pulmonoloqu, professor, tibb elmləri doktoru Andrey Malyavin yeni mutasiyanın daha yoluxucu olduğunu və simptomların sürətli inkişaf etdiyini qeyd edib.

“Daha çox insan orta, ağır və son dərəcə ağır formalarından əziyyət çəkir. Simptomlar çox tez inkişaf edir. Uşaqlar da xəstələnməyə başlayıblar", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, sözügedən virus “Delta” ştammının 45 alt növündən biridir. Rusiyada artıq “AY.4.2” virusu aşkar edilib.

Mənbə: TASS

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.