#Maliyyə

Azərbaycandakı kredit ittifaqlarının zərəri dəyişməyib

Oct 21, 18:14 / Mənbə: Report.az

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir. 

9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,9 milyon manat (illik müqayisədə 11,8% az), xərcləri 0,7 milyon manat (demək olar ki, dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,2 milyon manat (təxminən 10% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 14,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,4% azdır. Bunun 12,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 8,8% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 13,8% azalaraq 5 milyon manata, balans kapitalı isə 5,15% azalaraq 9,2 milyon manata düşüb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.