#Siyasət

Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi

Oct 15, 20:14 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilir:

- Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

- Argentina Respublikası;

- Avstraliya İttifaqı;

- Braziliya Federativ Respublikası;

- Bruney Darüssalam;

- Cənubi Koreya Respublikası;

- Çili Respublikası;

- Ekvador Respublikası;

- Kamboca Krallığı;

- Kosta Rika Respublikası;

- Kuba Respublikası;

- Küveyt Dövləti;

- Qazaxıstan Respublikası;

- Maldiv Respublikası;

- Meksika Birləşmiş Ştatları;

- Mərakeş Krallığı;

- Monqolustan;

- Monteneqro;

- Norveç Krallığı;

- Oman Sultanlığı;

- Panama Respublikası;

- Salvador;

- Uruqvay Şərq Respublikası;

- Yeni Zelandiya.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.