#Azərbaycanca

Daha 23 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verildi

Oct 15, 20:15 / Mənbə: News.day.az

Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:

"2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

5-7.1. Argentina Respublikası;

2.5-7.2. Avstraliya İttifaqı;

2.5-7.3. Braziliya Federativ Respublikası;

2.5-7.4. Bruney Darüssalam;

2.5-7.5. Cənubi Koreya Respublikası;

2.5-7.6. Çili Respublikası;

2.5-7.7. Ekvador Respublikası;

2.5-7.8. Kamboca Krallığı;

2.5-7.9. Kosta Rika Respublikası;

2.5-7.10. Kuba Respublikası;

2.5-7.11. Küveyt Dövləti;

2.5-7.12. Qazaxıstan Respublikası;

2.5-7.13. Maldiv Respublikası;

2.5-7.14. Meksika Birləşmiş Ştatları;

2.5-7.15. Mərakeş Krallığı;

2.5-7.16. Monqolustan;

2.5-7.17. Monteneqro;

2.5-7.18. Norveç Krallığı;

2.5-7.19. Oman Sultanlığı;

2.5-7.20. Panama Respublikası;

2.5-7.21. Salvador;

2.5-7.22. Uruqvay Şərq Respublikası;

2.5-7.23. Yeni Zelandiya.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.