#Sosial-müdafiə

Ağdamda Resurs Mərkəzi açılıb

Oct 15, 19:59 / Mənbə: Report.az

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə həyata keçirilən "Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması" layihəsi çərçivəsində Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində Resurs Mərkəzinin açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido d'Ambrosio, Ağdam Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Layihənin əsas məqsədi məcburi köçkün icmasının işğaldan azad olunmuş torpaqlara qayıdışına hazırlıq çərçivəsində dəstək göstərməkdir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.