#Futbol

Yuri Syomin istefa verib

Sep 25, 15:28 / Mənbə: Report.az

Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub.

74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.

Qeyd edək ki, "Rostov" cari mövsümdə ölkə çempionatında keçirdiyi 8 oyunun yalnız 1-də qələbə qazana bilib. 4 qarşılaşmada uduzub, 3 dəfə heç-heçə edən komanda hazırda 6 xalla 16 klub arasında 15-cidir. Syomin bu ilin avqustunda "Rostov"un sükanı arxasına keçmişdi.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.