#şou-biznes

"Milyonların şousu" qayıdır - TARİX AÇIQLANDI

Sep 25, 14:37 / Mənbə: News.milli.az

"20 ilə yaxın fasilədən sonra "Who wants to be a millionaire" oyunu yenidən ölkəmizə qayıtdı. Yəqin xatırlatmaq artıq olar ki, indi 1 milyon manat çoxdan 220 dollar deyil. Odur ki, biz "Milyonların şousu"nu çəkdik". 

Milli.Az lent.az xəbər verir ki, bu barədə Məmmədəli Məmmədov (DJ Fateh) bildirib.

O qeyd edib ki, ən böyük mükafat - 100 000 manat olacaq:

"Adamın həyatını dəyişəcək məbləğdir. Bunun üçün 15 sualı düzgün cavablandırmaq lazımdır. Qaydalarda bircə dəyişikliklər var - oyunçu ikinci itirilməyən məbləği oyun əsnasında özü təyin edəcək. Bu, hər kəsin stress nöqtəsini aydın görməyə kömək edən meyar oldu.

Başqa məsələ ki, formatın uzun illər aktual və baxımlı qalmasının kökündə elə o durur ki, hərtərəfli düşünülmüş, prosesin bütün iştirakçıları arasında balansı son dərəcə düzgün biçilmiş və oyunçunu tanımağa imkan verən bir oyundur. Suallar, qazanılan pullar çox ikinci dərəcəlidir. İlk dəfədir ki, hansısa oyunda oyunçunun hər sualdan sonra necə dəyişdiyini belə aydın görürdüm. Kürsüyə bir adam oturur, sanki başqası dururdu. Mən subyektiv ola bilərəm, amma sizin də görmək imkanınız olacaq. 

Çox heyfislənirəm ki, iştirakçı yığımı haqqında anons hər kəsin rastına çıxmamışdı (televizora az baxırsınız, ya da mənim postlarım barədə xatırlatma almağı aktiv etməmisiniz). Buna baxmayaraq anonsun ilk efir günündə rekord sayda ərizə almışdıq - həmin anda başa düşdük ki, bu televiziyada baxacağınız ən populyar oyun olacaq. İlk efirimiz İctimai TV-də oktyabrın 3-ü, axşam 19:20-yə planlaşdırılıb. Baxıb növbəti çəkilişlərdə necə oynaya biləcəyiniz barədə məlumat alacaqsınız".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.